Xarici işlər naziri Elmar Məmmədyarov ispaniyalı həmkarı Xose Manuel Qarsiya Marqallo ilə birgə keçirdiyi mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, E. Məmmədyarov jurnalistlərin suallarını cavablandırarkən, prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının Praqa sammitində iştirak edəcəyini bildirib. Nazir Moskvada keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popovla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini də qeyd edib.
Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramımın 5-ci ildönümü ilə bağlısammit aprelin 24-25-də Çexiyanın paytaxtı Praqada olacaq.
Modern.az