Modern.az

İqtisad Universitetində “Tələbə rektor” seçilib

İqtisad Universitetində “Tələbə rektor” seçilib

Təhsil

23 Aprel 2014, 18:28

Azərbaycan Dövlət İqtisad Universitetində yeni layihəyə start verilib. Layihə “Tələbə rektor” adlanır.

Bu gün universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsində gizli səsvermə keçirilib. Beş namizəd arasından 51% səslə Kommersiya fakültəsinin IV kurs tələbəsi Nurlan İbrahimov “Tələbə rektor” seçilib.

Rektor və “tələbə rektor”un birgə iş günü aprelin 25-də təşkil olunacaq. İş günü ərzində bütün məsələlər birgə müzakirə olunacaq və müvafiq qərarlar birlikdə qəbul ediləcək.

Layihənin məqsədi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn vəzifələrin icrası – şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafıdır.

Layihə ayda bir dəfə həyata keçiriləcək.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı