Modern.az

“Leyla Yunus polisə neyləməli idi?” - MÖVQE

“Leyla Yunus polisə neyləməli idi?” - MÖVQE

Образование

29 Aprel 2014, 11:24

 

“Polis Leyla Yunusa qarşı hörmətsizlik edirsə, Leyla neyləməli idi?! İnsan düşməninə qarşı da belə hərəkət etməz”. Bunu Modern.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroglu Leyla Yunusun polislə rəftarına münasibət bildirərkən deyib.

“Qadına qarşı belə biabrçılıq olar?!. Bu Azərbaycana zərbədir. Həmin polis Leyla Yunus tualetə gedəndə durub tualetin qabağında  və deyib ki, mənim yanımda tumanını çıxart gir tualetə. Leyla Yunus da tualetə polisin qabağında gedib oturub. Leyla Yunus xəstədir, onun şəkəri var.  

Hüquq müdafiəçisinin sözlərinə görə, bütün baş verənlərin hamısı Azərbaycana qarşıdır. “Bir həftədən sonra Avropa Şurasının sədri Azərbaycana gəlir. Kimsə bunu Azərbaycan dövlətçiliynə, prezidentinə qarşı edir. Ola bilməz. Problem Leylada deyil, problem kiminsə yuxarıda qanaxmasındadır. Şəxsən mən belə düşünürəm. Çünki ola bilməz ki, Avropa Şurasına sədri gələn vaxt belə işlə məşğul olsunlar. Bunlar İlham Əliyevə, Azərbaycan dövlətçiliynə qarşı bir zərbədir”-deyə Novella Cəfəroğlu vurğulayıb.  

Qeyd edək ki, dünən hüquq müdafiəçisi Leyla Yunus polislər tərəfindən saxlanılıb. Söhbət zamanı Leyla Yunus Polisin papağını başından götürüb yerə atıb.

 

Namidə BİNGÖL

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı