Modern.az Fövqaladə hallar nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda Səhiyyə Nazirliyinə məxsus Uşaq poliklinikasının ümumi sahəsi 30 kv.m olan məişət avadanlıqları saxlanılan anbarının dam örtüyü 10 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi və ona bitişik laboratoriya yanğından mühafizə olunub. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər yanğın hadisəsi isə Bakı şəhərində yaşayış binasında olub. Belə ki, Yasamal rayonunda doqquzmərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 30 kv.m olan otağın yanar konstruksiyaları və "Beko" markalı kondisioner yanıb. Digər otaqlar yanğından mühafizə olunub. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.Gülşən Raufqızı