Modern.az

Rauf Mirqədirova görə Zəfər Quliyev dindirilib

Rauf Mirqədirova görə Zəfər Quliyev dindirilib

Образование

30 Aprel 2014, 19:29

Aprelin 30-da politoloq Zəfər Quliyev, bir neçə gün öncə Türkiyədə həbs edilərək, Azərbaycana gətirilən jurnailst Rauf Mirqədirovun işi ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair istintaq idarəsində 3 saata yaxın dindirilib. 

Qeyd edək ki, Baş Prokurorluqda Rauf Mirqədirova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 214-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başladılıb.  

 Zəfər Quliyev “Yeni Müsavat”a açıqlamasında deyib ki, onu istintaqa bu gün dəvət ediblər: “Səhər saatlarında mənə zəng vurdular və saat 3-də Baş Prokurorluğa dəvət etdilər. Getdim. Məndən Rauf Mirqədirovu nə zamandan tanıdığımı soruşdular, onu xarakterizə etməyimi istədilər. Mən də Raufu uzun illərdir ki, tanıdığımı bildirdim, onu müsbət bir insan, vətəndaş mövqeyi olan şəxs kimi xarakterizə etdim”.

  Zəfər Quliyev onu da vurğulayıb ki, dindirməyə Rauf Mirqədirovun işi ilə bağlı çağırılsa da, ondan Leyla və Arif Yunusları da soruşublar: “Müstəntiq məndən Leyla Yunus və Arif Yunusu da soruşdu. Rauf Mirqədirovla bağlı hansı suallar verilmişdisə, elə onlar haqqında da eyni məsələləri soruşdular, nə zamandan tanışsız, onları necə tanıyırsız. Suallardan aydın idi ki, onları Rauf Mirqədirovun, Leyla Yunusun və Arif Yunusun Ermənistanla bağlı fəaliyyəti maraqlandırır. Öyrənmək istəyirdilər ki, onlar Ermənistanda konkret kiminlə əməkdaşlıq ediblər. Mən də bildirdim ki, soruşduqlarınızın heç biri qapalı informasiya deyil. Bu şəxslər illərdir ki, beynəlxalq proqramlar çərçivəsində fəaliyyət göstərirlər. Güney Qafqazla bağlı demək olar, bütün layihələrdə həm Azərbaycan, həm Gürcüstan, həm də Ermənistan təmsil olunur. Bütün bunlar şəffaf informasiyalardır, burada qanunsuz heç nə yoxdur”.   

 Zəfər Quliyev ehtimal edir ki, Rauf Mirqədirov, Leyla Yunus və Arif Yunusla bağlı ümumi istintaq aparıla bilər: “Verilən suallardan məndə belə bir təəssürat yarandı ki, onların üçü ilə bağlı araşdırmalar eyni cinayət işində birləşdirilə bilər”.  

 Zəfər Quliyev onu da bildirib ki, müstəntiqlər Rauf Mirqədirov, Leyla və Arif Yunuslardan başqa heç kimin adını çəkməyib.  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı