
“Ölkə başçısı сənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət kursu füzulililər tərəfindən rəğbətlə qarşılanır, onlar yaradılmış şəraitə, diqqət və qayğıya əməli işləri ilə cavab verirlər. Sevindirici haldır ki, rayonda böyük vətən müharibəsi iştirakçılarına da daima diqqət göstərilir, onların qayğı və problemləri həll olunur”. Bu fikirlər Füzuli rayonunda alman faşizmi üzərində qələbənin 69-ci ildönümündə bir daha vurğulanıb.
Bildirilib ki, Füzuli rayonundan Böyük Vətən müharibəsində 1318 nəfər iştirak edib. Onlardan yalnız 650 nəfəri geri qayıdıb. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mərhum dövlət başçısı Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra veteranlara göstərilən yüksək dövlət qayğısından danışıb, hazırda Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb.
Rayon Veteranları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirlər. Faşizm üzrərində qələbənin növbəti ildönümü, 9 May Qələbə bayramı münasibətilə rayondan olan 17 nəfər müharibə iştirakçısına ölkə başçısının tapşırığı ilə birdəfəlik maddi yardım olunub. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin tapşırığı ilə 9 May Qələbə Günü münasibətilə müharibə veteranlarına bayram sovqatları paylanıb.
Müharibə veteranları son vaxtlar gənclərin və yeniyetmələrin hərbi vətənpərvərlik tərbiyəsinə rayonda ciddi diqqət yetirilməsinin ölkədə aparılan siyasi işlərlə ahəngdarlıq təşkil etdiyini bildiriblər.
Modern.az