İranın Ərdəbil şəhərində maraqlı xeyriyyə kampaniyası başlayıb. Modern.az Mehr agentliyinə istinadən xəbər verir ki, yaradıcısı I Şah Abbas olan məşhur Şeyx Səfi kitabxanasının zənginləşdirilməsi üçün yenidən ev-ev kitablar toplanır. Məlum olduğu kimi, bu kitabxanadakı nadir əlyazmaların bir qismi 1826-28-ci illər müharibəsində müsadirə olunub və hazırda Sankt-Peterburqdakı muzeydə saxlanılır.
Təşəbbüsçülər qeyd edir ki, əslində 20 il ərzində fərdi qaydada aparılan kampaniya nəticəsində təxminən 65 min cildlik əlyazma toplanıb. Onların böyük qismi Səfəvi, Zənd və Qacar dövrünə aiddir.
Modern.az