Modern.az

Əsgər tabor komandirini GÜLLƏLƏDİ

Əsgər tabor komandirini GÜLLƏLƏDİ

Eğitim

15 May 2014, 16:26


Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.  

Hərbi hissənin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) İlkin Yaşar oğlu Məhərrəmovun tabeliyindəki avtomat silahdan atəş açılıb. Nəticədə güllə tabor komandiri mayor Emil Əlihüseyn oğlu Əsgərliyə dəyib. Zabit aldığı güllə yarasından dünyasını dəyişib.  

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.

Faktla bağlı cinayət işi başlanıb, hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı