Modern.az

Eks-deputatın obyektinə basqın olub

Eks-deputatın obyektinə basqın olub

Təhsil

16 May 2014, 22:13

Sabiq deputat Nazim Məmmədovun həmtəsisçisi olduğu "Atahan Dəmir Sənaye" MMC-yə basqın olub. Modern.az-ın məlumatına görə, bu barədə Nazim Məmmədov özünün Facebook səhifəsində məlumat verib. Eks-deputatın bildirdiyinə görə, mayın 16-da müəssisəyə basqın edən "qoçu dəstəsi" Binəqədi mühafizə polisinin, Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının hadisə yerində olmasına belə, əhəmiyyət verməyib.

”Reket dəstəsinin üzvləri Fariz, Çingiz, Vüqar adlı şəxslərin qabağında DİN-nin mayor, polkovnik kimi və əlavə 20 nəfər polis nəfəri aciz qaldı. Biz təbii ki, rəsmi ərizələrlə müraciət etdik. Buradan çox hörmətli nazir Ramil Usubova səslənirəm: xahiş edirəm polislərin qorunması üçün tədbir görün! Əlavə olaraq onu da qeyd edim ki, 20 nəfər polisin yanında mənim telefonum da əlimdən alındı ki, heç yerə zəng etməyim”-deyə Nazim Məmmədov vurğulayıb.
Eks-deputat hadisə ilə bağlı mətbuat konfransı keçirəcəyini bildirib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı