Modern.az

Bakıdakı təhsil ocağında keçirilmiş aksiyanın səbəbləri barədə RƏSMİ AÇIQLAMA

Bakıdakı təhsil ocağında keçirilmiş aksiyanın səbəbləri barədə RƏSMİ AÇIQLAMA

Təhsil

19 May 2014, 21:57

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Texniki Humanitar Liseydə şagird və valideynlərin narazılığının səbəbini açıqlayıb.

İdarədən Modern.az saytına verilən məlumata görə, Texniki Humanitar Liseydə təhsil alan şagirdlərin valideynlərinin narazılığı V-X siniflər arasında aparılmış monitorinqin suallarının proqramdan kənar olması ilə bağlı olub.

Qeyd olunub ki, bununla bağlı valideynlərlə Bakı Şəhəri üzrə Təhsil İdarəsində görüş keçirilib. Razılığa gəlinib ki, monitorinqin suallarının dərs proqramına uyğunluğu yenidən yoxlanılsın.

Xatırladaq ki, mayın 19-da Nəsimi rayonu,  20 Yanvar küçəsi 3-də yerləşən Texniki Humanitar Liseydə yuxarı sinif şagirdləri və onların valideynləri etiraz aksiyası keçiriblər. V-X siniflər arasında aparılmış monitorinqin suallarına etiraz edən şagirdlər direktor Simuzər Əliyevanın işdən çıxarılmasını tələb ediblər. Səs-küy salan şagirdləri sakitləşdirmək üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. Bundan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinin əməkdaşları da məktəbə gəliblər.

Simuzər Əliyeva bu təhsil müəssisəsinin rəhbəri vəzifəsinə 3 ay əvvəl təyin edilib. O, bildirib ki, imtahanlardan keçməyən şagirdlər liseydən kənarlaşdırılacaq. Bu isə şagird və valideynlərdə qəzəb doğurub.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı