Modern.az

Ağsuda vəzifəli qadınla ailə qurmaq eyib sayılır

Ağsuda vəzifəli qadınla ailə qurmaq eyib sayılır

Eğitim

20 May 2014, 16:09

"Təmiz Dünya”  Qadınlara Yaradım İctimai Birliyi, Sülh korpusu və "Gulsam" əlillərin dizayn İctimai Birliyi Ağsu şəhərində bir qrup qadın arasında “Gender (kişi qadın) bərabərliyi haqqında” qanunun müzakirəsini aparıb.

Modern.az xəbər verir ki, müzakirə zamanı qanundan irəli gələn müddəalar  iştirakçıların  diqqətinə çatdırılıb. Təlimdə qadınların qərar qəbul etmədə iştirakına mane olan amillərə toxunulub. Təlim zamanı iştirakçıların mövcud vəziyyətlə bağlı təhlil göstərib ki, Ağsu rayonunda qadınlara qarşı  qatı stereotiplər hökm sürür. Hətta rayonda  vəzifədə olan qadınlarla ailə qurmaq belə böyük qəbahət hesab edilir.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Ailə, Uşaq və Qadın Problemləri üzrə dövlət Komitəsinə rayonda qadınlara qarşı mövcud stereotiplərin aradan qaldırılmasına dair uzun müddətli proqramların hazırlanmasını və bu prosesdə könüllü yardımını təklif edir.

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı