
Rusiya Soçidə “Eurovision”a bənzər musiqi yarışması keçirməyə hazırlaşır. Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, tanınmış prodüsser İqor Matvienko deyib ki, bir zaman “İntervidenie” çox yaxşı müsabiqə olub: “İndi həmin müsabiqə bərpa olunur, bu çox əladır. Əgər Rusiyanı layiqincə təmsil edə biləcək iştirakçı seçə bilsək, bu daha yaxşı olacaq”.
Məlumatda qeyd edilir ki, beynəlxalq mahnı yarışmasında təkcə MDB üzvü olan, Baltikyanı ölkələrin gənc ifaçıları deyil, həm də Şanxay Əməkdaşlıq Təşkilatında (Cənubi Koreya, Yaponiya, Çin) təmsil olunan ölkələr iştirak edəcəklər.
Modern.az