Modern.az

Bakıda supermarket sahibinin qohumu özünü asdı

Bakıda supermarket sahibinin qohumu özünü asdı

Təhsil

26 May 2014, 10:17


Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində intihar baş verib. Modern.az xəbər verir ki, 34 yaşlı Emil Qurbanov Yusif  Eyvazov küçəsində yerləşən bağçada özünü ağacdan asıb. Onun ərazidəki məşhur “Maşallah” supermarketin sahibinin xalası oğlu olduğu bildirilir. Həmçinin onun narkotik aludəçisi olduğu da deyilir.

Baş prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldar Sultanov Modern.az-a faktı təsdiqləyərək bildirib ki, hadisə mayın 25-də axşam saat 22 radələrində baş verib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlayıb.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı