“Vaxtından əvvəl I sinfə qəbul olmaq istəyənlərin qeydiyyatı artıq bitib. 3537 nəfər qeydiyyatdan keçib”.
Bunu Modern.az-a açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva deyib.
Onun sözlərinə görə, 1437 nəfər müsahibədən keçə bilməyib: “Müsahibədən keçmiş uşaqların 1744 nəfəri I sinfə qəbul olub, 1437 nəfər isə təhsillərini başlamağa hazır hesab edilməyib. Müsahibə prosesi sentyabrın 10-dək davam edəcək”.
Qeyd edək ki, müsahibələr avqustun 5-də başlanılıb.
Misranə Həsənzadə