Qəzzada İsrail adına casusluq etdiyi üçün 3 nəfər edam edilib, casusluq etdiyi müəyyənləşən 7 nəfər də yaxalanıb.
Modern.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “HƏMAS” hərəkatına yaxınlığı ilə tanınan El-Mecdul-emni internet saytındakı açıqlamada bildirilir: “Fələstin müqavimət qruplarına bağlı hüquq-mühafizə orqanlarının, casusluq ittihamı ilə daha əvvəl saxlanılan 3 nəfəri edam edib və bu çərçivədə daha 7 nəfər yaxalanıb”.
Yaxalanan 7 nəfər müqavimət qruplarının fəaliyyətlərini və Qəzzadakı bəzi evləri müşahidə etməkdə təqsirkar bilinirlər.
Modern.az