Modern.az

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu - 5 nəfər yaralandı

Bakıda sərnişin avtobusu yük maşını ilə toqquşdu - 5 nəfər yaralandı

Eğitim

18 Sentyabr 2014, 12:39

Bakıda yol qəzası baş verib. Bakı Dairəvi yolunda 188 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu ilə “Ford” markalı yük avtomobili toqquşub. Bakı Şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyevin APA-ya verdiyi məlumata görə, qəza barədə təcili yardıma saat 10.56-da məlumat daxil olub və hadisə yerinə 2 təcili yardım briqadası göndərilib.

O qeyd edib ki, 188 saylı sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanların 2-si  Respublika Klinik Xəstəxanasına, 3-ü isə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Respublika Klinik Xəstəxanasına daxil olan yaralılar Cəmilə Əliyeva və Zərifə Məmmədovadır.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı