Modern.az

Vahid Ələkbərov Putindən kömək istədi

Vahid Ələkbərov Putindən kömək istədi

تحصیلات

19 Sentyabr 2014, 22:36

““Lukoyl” sanksiyalar şəraitində Rusiya Federasiyasının neft sənayesinə dəstəyi ilə bağlı təkliflər hazırlayıb və onu Energetika Nazirliyinə təqdim edib”. Modern.az rus KİV-nə istinadən xəbər verir ki, bu sözləri “Lukoyl” neft  şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərov Rusiyanın baş naziri Dmitri Medvedevlə biznes-cəmiyyət görüşündə deyib.

Onun sözlərinə görə bütün incə məqamlar nəzərə alınıb. Neft çıxarma üçün texnologiyaların vacibliyindən danışan Vahid Ələkbərov bunları deyib: “Əlavə səylər lazımdır. Bütün lazımlı avadanlığı yaratmaq üçün əlavə addımlara ehtiyac var”.

Qeyd edək ki, Rusiyanın Ukrayna məsələsində tutduğu işğalçı mövqeyə görə Avropa İttifaqı,  o cümlədən ABŞ rəsmi Moksvaya sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin sonuncu açıqladığı sanksiya siyahısına “Lukoyl” da daxil edilib.  

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı