Modern.az

İsveç kraliçası “Gəncə nümayəndələri”ni qəbul edib

İsveç kraliçası “Gəncə nümayəndələri”ni qəbul edib

Education

22 Sentyabr 2014, 12:36



İsveç kraliçası Silvia Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib. Bu barədə Modern.az-a Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. İsveçrənin Cenevrə şəhərində keçirilmiş görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - YUNESKO Ümumdünya Telekommunikasiya Təşkilatının komissarı, səfir Valter Fyust, Liviya İnsan Hüquqları Təşkilatının prezidenti Farida Allaghi və Mərkəzin baş katibi Rövşən Muradov iştirak edib. Görüşdə Nizami Gəncəvi yaradıcılığı, şairin ümumbəşəri dəyərlərin inkişafında oynadığı əvəzolunmaz rolu haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə İsveç kraliçasına 2015-ci ildə keçirilməsi nəzərdə tutulan III Qlobal Müştərək Cəmiyyətlər Forumu haqda ətraflı məlumat verilib.

Qeyd edək ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək.

Gülşən RAUFQIZI  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı