Modern.az

“Drujba narodov”un xanım əməkdaşları Qarabağa qanunsuz səfər edib

“Drujba narodov”un xanım əməkdaşları Qarabağa qanunsuz səfər edib

Təhsil

24 Sentyabr 2014, 12:22


Sentyabrın 19-da Yerevanda açılışı olan “Ədəbiyyat gəmisi-2014” ədəbi festivalı ötən gün Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində davam edib. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, 11 ölkə, o cümlədən İtaliya, Danimarka, Rusiya, Fransa, Böyük Britaniyadan yazıçı və şairlərin toplaşdığı festival Qarabağda geniş diskussiyalar və toplantılar keçiriblər.

Azərbaycan torpaqlarına qanunsuz təşrif buyuranlar arasında Rusiyanın “Drujba narodov” jurnalının əməkdaşı, şairə və tərcüməçi Qalina Klimova və tənqidçi və yazıçı-tənqidçi Alina Qaniyeva da iştirak edib.
“Hər kəsi Qarabağ torpağında salamlayıram”, – deyən Klimova 10 ildən sonra yenidən Qarabağa gəldiyinə görə sevincini ifadə edib.

Q. Klimova ilə yanaşı, çexiyalı bloger və yazıçı Ladislav Letviçka, danimarkalı yazıçı Keys Reyster, almaniyalı Krestina Qoba və fransız Serj Vanturini də Dağlıq Qarabağa səfər edənlər arasındadır.

Xarici qonaqlar “Ədəbiyayt gəmisi-2014” festivalı çərçivəsində sentyabrın 26-na qədər Azərbaycan torpaqlarında qalacaqlar.

Vüqar İsmayılov    

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı