Modern.az

Nyu-York polisi Ərdoğanın mühafizəçisini tutmaq istəyib

Nyu-York polisi Ərdoğanın mühafizəçisini tutmaq istəyib

Eğitim

26 Sentyabr 2014, 15:50

BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedən prezident Rəcəb Tayyib Ərdoğanın Nyu-York səfərinin son günündə qalmaqal baş verib. Ərdoğan yaxın mühafizəçiləri ilə şəhər polisi arasında yaşanan qalmaqal bu səfərə damğa vurub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Nyu-Yorkdan ayrılmazdan əvvəl qatıldığı son proqramda bir qrup tərəfindən etirazla qarşılanıb. Ərdoğanın qardaşı oğlu Əli Ərdoğanın da aralarında olduğu yaxın mühafiəçilərlə etirazçılar arasında sözlü sataşmalar və təhqirlər yaşanıb.
Məlumatda qeyd edilir ki, mühafizəçiləri etirazçılarınətrafından uzaqlaşdırmaq istəyən Nyu-York polisi ilə mühafizəçilər arasında da qalmaqal yaşanıb. Ərdoğanın mühafizə rəhbərlərindən birinin Nyu-York polislərinə əllə müdaxilə etməsi, yaşanan itələşmə, bir amerikalının da əlinə vuraraq maşınına salmasına gətirib çıxarmasının ardından, Nyu-York polisi mühafizəçini nəzarətə almaq istəyib.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı