Modern.az

Üçüncü ölkəyə verilən erməni əsir Ermənistana qayıtdı

Üçüncü ölkəyə verilən erməni əsir Ermənistana qayıtdı

Образование

2 Oktyabr 2014, 09:50


Azərbaycandan üçüncü ölkəyə təhvil verilən erməni əsir Akop İnciqulyan Ermənistana qayıdıb.

Modern.az saytı news.am-a istinadən xəbər verir ki, Akop İnciqulyan Moskvadan tranzit reyslə Yerevana gəlib. Onu Yerevan aeroportunda yaxınları və KİV nümayəndələri qarşılayıb.

Onun Azərbaycandan təhvil veriləndən sonra Rumıniyada qaçqınlar düşərgəsində qaldığı bildirilir.  

Qeyd edək ki, erməni əsgəri olan Akop İnciqulyan 2013-cü ilin avqustun 8-də qoşunların təmas xəttini keçib və Azərbaycan tərəfinə təslim olub. O, əsgər yoldaşları və zabitlər tərəfindən döyüldüyünü və təhqir olunduğunu bildirib.

Bu ilin avust ayının sonlarında isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə üçüncü ölkəyə təhvil verilib.


Aqşin Kərimov 

 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı