Modern.az

“Facebook” tarix olur

“Facebook” tarix olur

Təhsil

11 Oktyabr 2014, 12:23


1,3 milyardlıq auditoriyası əsasən məktəbli və tələbələr hesabına başlayan "Facebook” sosial şəbəkəsi artıq yeniyetmələrin diqqətini özünə cəlb etmir.

Modern.az xəbər verir ki, bu barədə “Piper Jaffray” analitik şirkəti tərəfindən cari ilin yaz və payızında keçirilən sorğunun nəticələrindən məlum olub. Belə ki, qeyd olunan müddət ərzində 13-19 yaş arası gənclər arasında sosial şəbəkədən istifadə 72 faizdən 45 faizədək azalıb.   Bir sözlə, “Facebook”dan istifadə edirsiniz” sualına respondentlərin yarıdan azı müsbət cavab verib. Ən məşhur sosial şəbəkəni yeniyetmələrin tərk etməsi onların valideynlərinin qeydiyyatdan keçmədiyi “Instagram” (76 faiz) və ya “Twitter” (59 faiz) kimi daha dəbli servislərin artması ilə izah olunur.  

Araşdırmanın nəticələrindən o də aydın olub ki, texnoloji şirkətlər arasında uşaqlar daha çox “Apple” məhsullarını qiymətləndirirlər, lakin onların yalnız 16 faizi bu şirkətin “ağıllı” saatlarında maraqlı olduğunu bildirib. 42 faiz qeyd edib ki, “MP3” musiqini (iTunes və digər servislərdə), 18 faiz “Pandora” radiosunu dinləyir. Kompakt disklərdən yeniyetmələrin yalnız 6 faizi istifadə edir.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı