42 saylı Sumqayıt ikinci seçki dairəsindən Milli Məclisin deputatı Musa Qasımlı 5və 6-cı mikrorayonlarda bir qrup seçici ilə onların müraciəti əsasında görüşüb. Deputatın ofisindən Modern.az saytına verilən məlumata görə, seçicilər yaşadıqları binaların təmirindən razılıq ediblər. Onlar eyni zamanda həyətlərində abadlıq işlərinin aparılması üçün təkliflərini söyləyiblər.
Deputatın onların müraciətinə dərhal reaksiya verdiyini, müntəzəm görüşlər keçirdiyini qeyd edən seçicilər belə görüşlərin müntəzəm keçirildiyindən razılıqlarını ifadə ediblər.
Modern.az