Modern.az

Minsk qrupu həmsədrlərinin regiona səfər tarixi açıqlandı

Minsk qrupu həmsədrlərinin regiona səfər tarixi açıqlandı

Təhsil

11 Oktyabr 2014, 21:36

ATӘT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Minsk qrupunun digər həmsədrləri Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya) ilə birlikdə oktyabrın 14-18-də regionda səfərdə olacaq. Bu barədə Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər zamanı həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə hazırlıq məsələsini müzakirə edəcəklər.

ABŞ səfirliyinin mətbuat xidmətindən bildirilib: "Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözləyirik".

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı