Modern.az

Amerika Azərbaycanın “Nabat” filmini izlədi

Amerika Azərbaycanın “Nabat” filmini izlədi

Təhsil

13 Oktyabr 2014, 13:49

Azərbaycanın Oskara göndərilən “Nabat” filminin 50-ci Çikaqo Beynəlxalq Film Festivalında (The Chicago İnternational Film Festival) Amerika premyerası baş tutub. Bu barədə Modern.az-a “Azərbaycanfilm” kinostudiyasından məlumat veriblər. Təqdimatda filmin rejissoru və ssenari müəllifi Elçin Musaoğlu iştirak edib. Ekran əsəri Amerika və beynəlxalq kinoauditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.
Azərbaycanın ilk dəfə təmsil olunduğu Çikaqo Beynəlxalq Film Festivalı 9 oktyabr tarixində təmtəraqlı açılış mərasimini qeyd edib və festival oktyabrın 23-dək davam edəcək. Festivalda artıq iki dəfə nümayiş olunan “Nabat” filminin növbəti təqdimatı 22 oktyabr tarixində ABŞ-ın ən məşhur kinoteatrlarından biri olan “AMC Theatres - River East 21”də baş tutacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 2014-ci ildə istehsal olunan “Nabat” filminin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.


Rüfanə GÜNƏŞ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı