Bu gün Nəsimi Rayon Məhkəməsində hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətinin uzadılması məsələsinə baxılıb. Bu barədə Modern.az saytına danışan vəkil Cavad Cavadov məlumat verib. O bildirib ki, məhkəmə Leyla Yunusun həbsi 4 ay müddətinə uzadıb. haqda qərar çıxarıb.
Bildirək ki, Leyla Yunus iyulun 30-da həbs edilib. Ona qarşı dövlətə xəyanət və başqa maddələrlə ittiham irəli sürülüb.
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir.
Modern.az