Noyabrın 5-6-da Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə üçüncü Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.
Modern.az xəbər verir ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil edilən konfrans dünyanın nüfuzlu teatr qurumlarının təmsilçilərini və mütəxəssisləri bir araya gətirəcək.
Konfransda 50-dək çox ölkədən 125-ə yaxın məşhur teatr, incəsənət xadiminin iştirakı gözlənilir. Beynəlxalq konfrans çərçivəsində tanınmış teatr xadimlərinin iştirakı ilə treninqlər də təşkil olunacaq.