Modern.az

Ağcabədidə toy yasa döndü - bəy oynadığı yerdə öldü

Ağcabədidə toy yasa döndü - bəy oynadığı yerdə öldü

Təhsil

24 Oktyabr 2014, 23:03



Bu gün axşam saatlarında Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Hindarx kəndində toy mərasimi yas mərasiminə çevrilib. Belə ki, kənd sakini, 32 yaşlı Məmmədov Niyaməddin Nahid oğlu öz toyunda oynayan zaman səhhəti qəfil pisləşib. Dərhal xəstəxanaya aparılan N. Məmmədov yolda keçinib. N. Məmmədovun yaxınları əvvələr onun səhhətində heç bir problemin olmadığını bildiriblər. 

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı