İranda Kəşfiyyat Nazirliyinin keçmiş əməkdaşını qətlə yetirməkdə təqsirli bilinən 26 yaşlı qadın asılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Amnesty İnternational hüquq müdafiə təşkilatının çağırışlarına baxmayaraq, edam hökmü ləğv edilməyib. Reyhan Cabbari ona təcavüz etməyə cəhd göstərən keçmiş kəşfiyyatçını 2007-ci ildə öldürüb. Hüquq müdafiəçilərinin fikrincə, cinayətin araşdırılması zamanı ciddi qanunsuzluqlara yol verilib. Ötən ay sosial şəbəkələrdə edam hökmünün ləğvi ilə bağlı kampaniya da başlamışdı.
Modern.az