Modern.az

AXCP sədrinin müavininin təşkilatı qlobal layihəyə cəlb edilib

AXCP sədrinin müavininin təşkilatı qlobal layihəyə cəlb edilib

Təhsil

5 Noyabr 2014, 09:00

"Region" Beynəlxalq Analitik Mərkəz (RBAM) və tərəfdaşları (Rəqəmsal İnkişaf İB, "Tərəqqi" Sosial Tədqiqatlar İB, Insan Hüquqları və Maarifçilik İB, Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İB)ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və İsveçin Beynəlxalq İnkişaf Agentliyinin (SIDA) birgə təşəbbüsü olan Vətəndaş Cəmiyyəti İnnovasiya Təşəbbüsü (CivilSocietyİnnovationInitiative) çərçivəsində vətəndaş cəmiyyətinin bütün dünyada maneəsiz uzunmüddətli inkişafına nail olmaq üçün yeni strategiyasının və ardınca layihənin hazırlanması işində iştirak etmək üçün dəvət alıb.


Qurumdan Modern.az-a verilən məlumata görə, RBAM və tərəfdaşları bütün dünya üzrə seçilən 45 beynəlxalq təşkilat arasındadır.

Bu təşəbbüs üzərində ABŞ prezidenti Barak Obama 23 sentyabr tarixli “Klintonun Qlobal Təşəbbüsü” tədbirində çıxış edən zaman geniş dayanmış və bu təşəbbüsü bütün dünyada vətəndaş cəmiyyətinə ABŞ-ın ən böyük töhfəsi kimi dəyərləndirmişdir.

"Region" Beynəlxalq Analitik Mərkəz (RBAM) rəhbəri Razi Nurullayev Vətəndaş Cəmiyyəti İnnovasiya Təşəbbüsündə iştirak etmək üçün artıq İstanbul şəhərindədir. Yekun strategiyanın və layihənin  hazırlanması üçün seçilən 45 təşkilat İstanbulda toplaşır.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı