Modern.az

22 yaşlı jurnalisti güllələdilər

22 yaşlı jurnalisti güllələdilər

Təhsil

11 Noyabr 2014, 05:37

Peruda ölkənin aparıcı xəbər nəşri olan “Caretas” jurnalının əməkdaşı qətlə yetirilib.

APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, 22-yaşlı gənc jurnalist Fernando Raymondi paytaxt Limadan 100 km aralıda yerləşən San Visente-de-Kanyete şəhərində, atasının dükanında hücuma məruz qalıb.   Sinə nahiyəsindən güllə yaraları alan F.Raymondi hadisə yerində keçinib. Qeyd olunduğuna görə, “Caretas” jurnalı Peruda araşdırma jurnalistikası sahəsindəki nailiyyətləri ilə məşhurdur. Fernando Raymondi 2014-cü ildə Peruda öldürülən sayca ikinci mətbuat nümayəndəsidir.    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı