Modern.az

AXCP: “Müsavat iki yerə bölünəndən sonra qərar verəcəyik”

AXCP: “Müsavat iki yerə bölünəndən sonra qərar verəcəyik”

Təhsil

11 Noyabr 2014, 11:52


2000-ci ildə Əbülfəz Elçibəyin ölümündən sonra AXCP 2 qola bölünür. Nəticədə mühafizəkarların rəhbərlik etdiyi Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) yaranır, digər bölünən tərəfə isə əvvəlki kimi Əli Kərimli rəhbərlik etməyə başlayır. O vaxt baş verən parçalanmadan sonra Müsavat Partiyası KXCP-ni tanıyır.

Sentyabrın 27-də keçirilən qurultaydan sonra Müsavat Partiyası özü parçalanmaq həddinə çatıb. Müsavata yeni başqan seçilən Arif Hacılıdan narazı şəxslər partiya daxilində fraksiya yaradılması məsələsini də gündəmə gətiriblər.

Maraqlıdır, Müsavat parçalansa, AXCP həmin bölünən qanadın hansını tanıyacaq?

Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Modern.az saytına açıqlama verib. Onun sözlərinə görə, AXCP hazırda belə məsələləri müzakirə etmir.

Partiya funksioneri bildirib ki, əgər AXCP-nin gündəmində hazırda Müsavat Partiyasının daxili məsələləri yoxdur. 

“Müsavat Partiyasının daxilində baş verənlər onların öz işidir. AXCP Müsavat Partiyasının daxili problemi ilə bağlı məsələlərə qarışmır. Hazırda bizim əsas hədəfimiz hakimiyyətə qarşı Milli Şura çərçivəsində mübarizə aparmaqdır".

Aqşin Kərimov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı