Modern.az

“İslam dövləti”nin öz pul vahidi olacaq

“İslam dövləti”nin öz pul vahidi olacaq

Təhsil

11 Noyabr 2014, 15:13


“İslam dövləti” terror təşkilatı öz pul vahidini dövriyyəyə buraxacaq.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qruplaşma üzvləri erkən İslam dövründə mövcud olan dinardan valyuta kimi istifadə etmək niyyətindədir.

Məlumata görə, hazırda bəzi ərəb dövlətlərində dinardan istifadə olunsa da, pulların hazırlandığı material başqadır. “İslam dövləti” dinarları keçmişdə olduğu kimi xalis qızıl və gümüşdən hazırlamaq isyəyir. İraqın şimalındakı bir çox şəhərlərdə, o cümlədən Mosulda yaxın həftələr ərzində yeni pulun dövriyyə buraxılacağı ilə bağlı məscidlərdə məlumat verilib.  

Modern.az

 

   
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı