Modern.az

ABŞ Türkiyə konsulluğunu bombaladı

ABŞ Türkiyə konsulluğunu bombaladı

Təhsil

11 Noyabr 2014, 15:37


ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya aid hərbi hava qüvvələri İraqın Mosul vilayətində İŞİD radikal terrror qruplaşmasının hədəflərinə hücum edib.

Modern.az xarici KİV-rə istinadən xəbər verir ki, əməliyyatda vurulan binalar arasında İŞİD-in nəzarətə aldığı Türkiyənin Baş Konsulluğu da var.   Mosul vilayətində səhər saatlarında koalisiya gücləri tərəfindən atəş həyata keçirilib.  

Məlumata görə əməliyyatda vurulan yerlər arasında İŞİD-in  baş qərargah və digər məqsədlər üçün istifadə etdiyi Türkiyə Baş Konsulluğu , şəriət çməhkəməsi binası, polis mərkəzi ilə gənclik və idman nazirliyi binası da yer alıb.  

Xəbərdə çoxlu sayda İŞİD radikal qruplaşması üzvlərinin öldürülməsi bildirilsə də dəqiq say açıqlanmayıb.

Namidə BİNGÖL

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı