
Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanda İŞİD-çilərin təlim yerlərinin müəyyən olunması ilə bağlı yayılan iddialara aydınlıq gətirib. Nazirliyin İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev Modern.az-a açıqlamasında deyib ki, respublikada əməliyyat şəraitinə nəzarət olunur:
“Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan üçün mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur”.
“Yeni Müsavat” qəzetinin yaydığı xəbərə görə, bu yer Keşlə qəsəbəsində yerləşən “Baku Paintball Center”dəki atıcılıq meydanıdır. Araşdırma zamanı Paintball Federasiyasının prezidentinin deputat Əli Hüseynli olduğu məlum olub.
Gülşən RAUFQIZI