Qeyri-hökumət təşkilatının rəhbəri, hüquq müdafiəçisi Elçin Məmməd bu gün səhər saatlarında Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 3 saat ifadə verib.
Modern.az xəbər verir ki, bu barədə onun rəhbərlik etdiyi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, birliyin rəhbəri bir qrup QHT-yə açılan cinayət işi ilə bağlı şahid kimi dindirilib. Bundan əlavə, QHT rəhbərindən təşkilat və həyata keçirilən layihələrlə bağlı sənədlər istənilib. Elçin Məmməd iltizam alındığı üçün aparılan istintaq barədə detallı məlumat verə bilməyib. Elçin Məmməd aparılan istintaqla əlaqədar yenidən prokurorluğa çağırılacaq.
Gülşən RAUFQIZI