Modern.az

Ölən qadın meyitxanada dirildi

Ölən qadın meyitxanada dirildi

Təhsil

14 Noyabr 2014, 10:40

Polşada yerli həkimin öldüyünü təsdiqlədiyi yaşlı qadın qeyri-adi şəkildə meyitxanada dirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu günlərdə 91 yaşlı Yanine Kolkoviçin yanına qardaşı qızı gəlib ki, ona səhər yeməyi hazırlasın. 51 yaşlı Boqumila otağa daxil olanda qadının nəfəs almadığını görüb. 91 yaşlı qarının nəbzi vurmayıb, gözləri və ağzı bağlı qalıb. Boqumila ailə həkimini çağırıb. Həkim qarının öldüyünü təsdiqləyib, hətta bununla bağlı rəsmi sənəd də verib. İki gün sonra dəfn planlaşdırılıb. Qohum-əqrəbanın mərasimə hazırlaşdığı zaman qarının nəşi meyitxanaya aparılıb. Orada 11 saat soyuducuda kisə içərisində qalıb. Ancaq birdən kisə tərpənib, bu isə meyitxana işçilərinin təəccübünə səbəb olub. Qarının qohumlarının sözlərinə görə, gecəyarısı evin qapısının zəngi çalınıb. Qapının ağzında dayanan meyitxana işçisi qarının dirildiyi xəbərini verib. Yanina Kolkeviçi evə gətirəndə soyuqdan şikayətlənib və bir fincan isti çay verilməsini istəyib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı