Modern.az

Məşhur nəşr Obamanı ciddi olmağa ÇAĞIRDI

Məşhur nəşr Obamanı ciddi olmağa ÇAĞIRDI

Təhsil

15 Noyabr 2014, 11:03

 

“Washington Post” qəzeti ABŞ hökumətini Rusiyaya qarşı təbliğat maşınını müasirləşdirməyə, onu effektiv etməyə və Rusiya prezidenti Vladimir Putinin cəhdlərinə daha ciddi yanaşmağa çağırıb.

Modern.az saytının  verdiyi xəbərə görə  sözügedən qəzet redaksiya şərhində  qeyd edib ki, Rusiya rəsmi şəxsləri radio və internet vasitəsi ilə xarici auditoriya üçün Moskvanın təbliğatını aparırlar.

Məqalədə deyilir ki, Rusiya prezidenti Vladimir Putinin minlərlə təbliğatçısı var.

Mətbu orqan bildirib ki, Kremlin təbliğatına qarşı dünyanın 25 ən böyük şəhərində iş aparmaq lazımdır.

“Necə olursa olsun, Vladimir Putin Sovet İttifaqını dirildə bilmir və ehtimal ki,  güclə də olsa, “soyuq müharibə” vaxtlarının səviyyəsində Moskvanın beynəlxalq təsirini bərpa etməyi bacaracaq. Qorxutmaq üçün hazırlanmış qanunlardan istifadə edərək Putin informasiya sayəsində sovet nəzarət sisteminin canlandırılması işində müəyyən müvəffəqiyyətlərə nail ola bilər. Bu, Rusiya vətəndaşlarının əksəriyyətinə sərf edir”,-deyə qeyd edilib.

Şərhdə vurğulanıb ki, absurd, amma bəzənmiş informasiya təbliğatı ilə vəziyyətin gərginləşməsi qonşu ölkələrə təsir edə bilər və bu baxımdan  ABŞ məsələyə daha ciddi yanaşmalıdır.

Aqşin Kərimov  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı