Modern.az

Tacikistanda 20 terrorçu tutulub

Tacikistanda 20 terrorçu tutulub

Образование

15 Noyabr 2014, 13:20

Tacikistan xüsusi xidmət orqanları ölkənin şimalındakı Soqdiya vilayətində terror aktı, o cümlədən kamikadze hücumları planlaşdıran 20 nəfərlik terrorçu qrupu zərərsizləşdirib. Modern.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Tacikistanın daxili işlər naziri Ramzan Rahimzoda məlumat verib. Onun sözlərinə görə, həbs olunan şəxslər ABŞ-da daxil olmaqla bir çox ölkələrin terror təşkilatı kimi tanıdığı “Özbəkistanın İslam Hərəkatı” təşkilatının üzvləridir. Nazir onların üzərindən partlayıcı maddələr, “şəhid kəmərləri” və ekstremist ədəbiyyat aşkarlayıblar.

   


Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı