Modern.az

Qeyri-sabit hava şəraiti davam edəcək

Qeyri-sabit hava şəraiti davam edəcək

تحصیلات

17 Noyabr 2014, 14:38

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 18-də hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, əsasən şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti,  gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında nisbətən rütubətli hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, atmosfer təzyiqinin və temperaturun norma daxilində tərəddüdü müsbət amildir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı