“Rosetta” Kosmik Agentliyinin bəşəriyyət tarixində dəyişiklik edəcək quyruqlu ulduz haqqında yaydığı informasiyalar bu gün də dünya ictimaiyyətinin diqqətindədir.
Qalaktikada son kəşflərdən sayılan quyruqlu ulduzdan mütəmadi olaraq ötürülən informasiyalar dünyanın gələcək düzəni haqqında lazımi təsəvvür yaradacaq. Dünyanın bir çox kosmik və astrofiziki obyektləri “Rosetta”nın göndərdiyi foto və informasiyaları səbirsizliklə gözləyir.
Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası isə kosmik hadisəni izləmir. Rəsədxanadan Modern.az-a verilən açıqlamaya görə, elmi qurum quyruqlu ulduz və onun göndərdiyi informasiyalardan xəbərsizdir. Rəsadxananı rəhbəri professor Əyyub Quliyev bu haqda isə daha sonra danışacağını qeyd edib.
Elmin NURİ