Modern.az

“Qərb və Avropada bəziləri asanlıqla onların təsiri altına düşür”

“Qərb və Avropada bəziləri asanlıqla onların təsiri altına düşür”

Təhsil

21 Noyabr 2014, 11:59


“Erməni diasporu hər vasitə ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmaq üçün çalışır”. Modern.az saytının məlumatına görə bunu Prezident Administrasiyasının xarici əlaqlər şöbəsinin müdiri, qurum rəhbərinin müavini Novruz Məmmədov özünün “tvitter” hesabında yazıb.

O bildirib ki,  Qərbdə və Avropada bəziləri asanlıqla onların təsiri altına düşərək mövqe bildirirlər.

PA rəsmisi ATƏT-in Minsk qrupunun həmsədrlərinin məluma helikopter məsələsi ilə bağlı təxribat xarakteli bəyanatına da diqqət çəkib: “Təəssüf ki, həmsədrlərin mövqelərində də bu özünü vaxtaşırı biruzə verir. Helikopterlə bağlı bəyanatları buna açıq nümunədir”,-deyə Novruz Məmmədov yazıb.

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri cəbhə xəttində Ermənistan ordusuna məxsus Mİ-24 helikopterinin məhv edilməsindən sonra onun düşdüyü yeri “neytral zona” adlandırıb. Bu isə Azərbaycanın ərazi bütövlüyünə zidd bəyanatdır.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı