Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, prezidentlik karyerasını başa vurandan sonra ya hansısa ali məktəbin rektoru olmaq, ya da alim məktəblərdən birində müəlliç işləmək niyyətindədir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, prezident deyib ki, onun üçün ən yaxşı vəzifə rektor olmaqdır: “Mən müəllim işləməyin də əleyhinə deyiləm. Karyeramı başa vuracam, əgər sağlamlığım imlan verəcəksə, müəllim işləməyə gedəcəyəm, məmnuniyyətlə hansısa ali məktəbdə dərs deyərdim”.
Lukaşenko Belarus Dövlət Pedaqoji Universitetinin müəllimləri, tələbələri və məzunlarının iştirak etdiyi seminarda gələcək taleyi ilə bağlı açıqlama verib.Belarusda növbəti prezident seçkisi 2015-ci il noyabrın 15-nə təyin olunub. 1994-cü ildən prezident postunda oturan Lukaşenko bu seçkilərdə də namizəd olmaq niyyətini bildirib.
Modern.az