İran prezidenti Həsən Ruhani rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, hər iki prezidentin əsas müzakirə mövzusu İranın nüvə proqramı ilə bağlı Vyanada aparılan danışıqlar olub.
Müzakirə zamanı İranın Vyanada “altılıq” ölkələri ilə (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya + Almaniya) xarici işlər nazirləri səviyyəsində Tehranın nüvə proqramına dair apardığı müzakirələr və bu danışıqlarda əhəmiyyətli irəliləyişə nail olunduğu vurğulanıb.Telefon danışığında İranın nüvə proqramına dair son razılıqlara çıxış imkanı üçün sonrakı konstruktiv qarşılıqlı təsirlərin əhəmiyyəti vurğulanıb.
Modern.az