Modern.az

İsa Qəmbərin çıxışı Səxavət Əlisoyu HİDDƏTLƏNDİRDİ

İsa Qəmbərin çıxışı Səxavət Əlisoyu HİDDƏTLƏNDİRDİ

Təhsil

25 Noyabr 2014, 01:10


Müsavat Partiyasının qurultayından sonra təşkilat daxilindəki intriqalar açıq müstəvidə ictimai müzakirəyə çıxarılıb.

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy bu dəfə İsa Qəmbərin xələfi Arif Hacılını müdafiə etməsini birmənalı qarşılamayıb. Modern.az saytının məlumatına görə Səxavət Əlisoy bu barədə facebook hesaında yazıb. O, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərə Arif Hacılının şəffaf yolla sədr seçildiyini sübut etməyə çağırıb və belə olan təqdirdə vəd də verib:

“İsa Qəmbərə bir sual,bir vəd! 

1. İsa bəy, Hacılıya Müsavat cameəsinin münasibətinin necəliyini çox gözəl bildiyiniz halda, nədən, siyasi reytinqinizi zərbə altına qoyaraq, onu müdafiə etdiniz?

2. Vicdanınıza və şərəfinizə and içərək desəniz ki , Hacılı seçkiləri halallıqla udub, cümlə Azərbaycan xalqının qarşısında şəxsinizdən üzr istəyərək, siyasətdən biryolluq çəkiləcəyimi bəyan edəcəm”,-deyə Səxavət Əlisoy yazıb.

Qeyd edək ki, Müsavat Partiyasının qurultayından sonra təşkilat daxilindəki intriqalar açıq müstəvidə ictimai müzakirəyə çıxarılaraq qalmaqal həddinə çatıb. Arif Hacılının başqan olmasına etiraz edən Səxavət Əlisoy isə partiyanın siyasi xəttinə zidd hərəkət etməkdə ittiham olunaraq Müsavat sıralarından xaric edilib.  

Onu da bildirək ki, Müsavat Partiyasının noyabr ayının 23-də keçirilən ümumrespublika müşavirəsində çıxış edən sabiq başqan İsa Qəmbər xələfi Arif Hacılını saxtakarlıqda ittiham edənləri sərt dillə tənqid edib.  

Aqşin Kərimov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı