Modern.az

Hollandiyada məscidlərin bağlanılması tələb edilir

Hollandiyada məscidlərin bağlanılması tələb edilir

Təhsil

27 Noyabr 2014, 13:02


Hollandiyada daha çox xarici əleyhdarı fikirləriylə seçilən ,  həddindən artıq sağçı Geert Vildersin liderliyini etdiyi Azadlıq Partiyası  ölkədəki məscidlərin bağlanılmasını tələb edib.  

Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  partiyanın millət vəkili Machiel de Graaf  məscidsiz Hollandiyanın daha yaxşı olacağını bildirib.

O, Hollandiyanın Nümayəndələr Palatasındakı çıxışında, Hollandiyada islam dinini istəmədiklərini bəyan edib.   Millət vəkili müsəlmanların dəyişmədiklərini deyərək,  onların assimilyasiya və inteqrasiya olmadıqları bildirib.  Onun sözlərinə görə, bu səbəbdən  müsəlmanlar   Hollandiyada yaşaya bilməzlər.      

Müsəlmanların yerli xalqa nisbətən daha çox doğulduğunu iddia edən De Graaf , Hollandiyanın  şəxsiyyəti və mədəniyyətinin buna  görə məhv olma  təhlükəsi yaşadığını qeyd edib.

Məltəm Talıbzadə 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı