Modern.az

Borçalılara 23 məscid veriləcək

Borçalılara 23 məscid veriləcək

Təhsil

17 Dekabr 2014, 17:52


Gürcüstanın Əmlak Məsələləri Dövlət Agentliyi Kvemo Kartli-Borçalı regionunda dövlətin balansında olan 23 məscidin müsəlmanların mülkiyyətinə verilməsi barədə qərar qəbul edib.

Bu barədə agentliyin rəhbəri Zaza Vaşakmadze məlumat verib.

Modern.az-ın Gürcüstandakı əməkdaşının məlumatına görə, Zaza Vaşakmadze bildirib ki, bölgənin müsəlman dini icmasının rəhbərliyi ilə keçirilən görüşdə bu və digər məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul olunub.
Növbəti görüşdə digər məscidlərin taleyi müzakirə ediləcək.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı