Modern.az

“Zaman”ın baş redaktoru sərbəst buraxıldı, Fətullah Gülən haqqında həbs qərarı verildi

“Zaman”ın baş redaktoru sərbəst buraxıldı, Fətullah Gülən haqqında həbs qərarı verildi

Eğitim

19 Dekabr 2014, 16:54

Türkiyədə aparılan “paralel yapı” əməliyyatları ilə bağlı  məhkəmə qərar çıxarıb. Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə məhkəmə nurçu camaatın lideri Fətullah Gülən haqqında həbs qərarı çıxarıb.

ABŞ-da yaşayan Fətullah Gülən terror qruplaşmasına liderlik etməkdə ittiham edilir.    

14 dekabrda,  böyük rüşvət və korrupsiya əməliyyatlarının ildönümü ərəfəsində İstanbul polisi Gülən camaatına məxsus media quruluşlarının rəhbərlərini həbs edib.  

Lakin məhkəmənin bu günkü qərarı ilə “Zaman” qəzetinin baş redaktoru Əkrəm Dumanlı da daxil olmaqla, 8 nəfər sərbəst buraxılıb. Onlar xaricə getməmək şərti ilə azadlığa buraxılıb.

“Saman yolu” televiziyasının baş direktoru Hidayət Karaca isə həbsdə qalıb.

Modern.az  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı