Trabzonda qaçaq yollarla ölkəyə daxil olan Azərbaycan əsilli bir qadını deportasiya etməklə təhdid edib əvəzində bu qadınla oteldə fahişəlik etdiyi iddia edilən keçmiş Ortahisar rayon yandarm komandiri mayor Hüseyn B. K. 3 il 4 ay həbsə məhkum edilib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Trabzon 2-ci Ağır Cəza Məhkəməsindəki iclasda həbssiz mühakimə olunan müttəhimlərdən əməkli çavuş Mahmud Ö. ilə müttəhimlərin vəkili Əli Alışqan iştirak edib. Digər müttəhim mayor Hüseyn B. K. ilə zərərçəkən Azərbaycan əsilli, 27 yaşlı Aysel Novruzova məhkəmə iclasına gəlməyib.
Müttəhimin vəkili Alışqan Novruzovanın fahişəlik məqsədilə Türkiyəyə qaçaq yolla gəldiyi üçün ölkəyə giriş qeydiyyatının olmadığını, ancaq 2 dəfə deportasiya edildiyini bildirərək, ittiham aktı keçirən prokuror müavininin müvəkkili haqqında "vəzifədən sui-istifadə etmə" cinayətindən daha təqib olunmağa yer olmadığına qərar verdiyini, bununla belə eyni ittihamlarla “rüşvət” ittihamı ilə cinayət işi açıldığını söyləyib.Alışqan zərərçəkən Novruzova ilə deportasiya edilməməsi müqabilində cinsi əlaqəyə girməklə günahlandıran Hüseyn B. K.nın cinayətinin, rüşvət cinayətinin ünsürlərini yaratmadığını, yalnız şəxsi həyatına diqqət etmədiyi üçün intizam cinayəti kimi qəbul edilərək müvəkkilinin bəraətini istəyib. Hadisə ilə bağlı dəlillərin də hüquqa zidd olaraq toplandığını iddia edən Alışqan, müttəhim Mahmud Önun də bu səbəblə bəraətini tələb edib.
Verilən aranın sonra qərarını açıqlayan məhkəmə heyəti, səs çoxluğu ilə Mayor Hüseyn B. K.-ya əvvəl “rüşvət” cinayətinə görə 4 il həbs verib. Nümayəndə heyəti daha sonra müqəssirin cəzasını məhkəmə prosesində özünüyaxşı apardığını nəzərə alaraq 3 il 4 ay həbsə endirib.
İddiaçı Novruzovanı Hüseyn B. K. ilə əlaqəyə girməsi üçün zorladığı və müqəssirin telefonlarına çıxmasını istədiyi üçün “Vəzifədən sui-istifadə etməklə” günahlandırılan Mahmud Ö. isə dəlil çatışmazlığından bəraət alıb. Məhkəmə heyətindəki hakimlərdən biri isə “rüşvət” cinayətinə görə cəza alan Hüseyn B. K.-nın nüfuzundan istifadə edərək Novruzova ilə cinsi əlaqəyə girməsi səbəbiylə “vəzifədən sui-istifadə etmə” cinayətindən cəzalandırılması lazım olduğuna işarə edərək, qərara qarşı səs verib.
Modern.az