Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik qüvvələrinin generalı, Qasım əl-Məhəmmədi Ramadinin müxtəlif bölgələrində İŞİD yaraqlıları ilə döyüş olduğunu söyləyib. Məhəmmədi bu qarşıdurmalarda 30- İŞİD-çinin öldürüldüyünü bildirib.
Onun sözlərinə görə, Fərat çayı ilə bölgəyə keçməyə çalışan 10 İŞİD yaraqlısı da qarşıdurmalar zamanı öldürülüb.
Məhəmmədi deyib ki, orduya məxsus təyyarələrinin Ramadinin Əs-Sicariyyə bölgəsinə təşkil etdiyi bombalı basqında daha 20 İŞİD-çi öldürülüb.
O, həmçinin təhlükəsizlik qüvvələrinin Ramadidə orduya və koalisiya qüvvələrinə məxsus döyüş təyyarələrinin dəstəyi ilə irələdiyini qeyd edib.
Xatırladaq ki, İraqda İŞİD liderliyindəki silahlı qrupların iyun ayında Mosul başda olmaqla, bəzi bölgələrin idarəsini ələ keçirib. Bundan sonra ölkənin müxtəlif yerlərində İŞİD yaraqlıları ilə təhlükəsizlik gücləri arasında qarşıdurmalar davam edir. İraq ordusu və ABŞ-a məxsus hava gücləri də bir müddətdir ki, İŞİD-in idarəsindəki bəzi hədəflərə aviazərbələr təşkil edirlər.
Məltəm Talıbzadə